AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Kamboca Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

  • + A
  • - A
  • 1-06-2022, 21:30

    Azərbaycan-Kamboca Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

    Azadmedia.az - 1 iyun 2022-ci il tarixində Azərbaycan-Kamboca Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 3-cü iclası keçirilib.

    Məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kamboca tərəfini isə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Çem Vidya təmsil edib.

    İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.

    Nazir müavini E. Məmmədov post-münaqişə mərhələsində bölgədə mövcud yaranmış vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.

    Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatının (NAM) sədri, Kambocanın isə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sədri qismində əməkdaşlıq perspektivləri müzakirə olunub.

    Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş”i imzalanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR