AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da fəaliyyət göstərən Los-Anceles Konsulluq Korpusunun İcraiyyə Şurasının üzvləri ilə görüş keçirilib

  • + A
  • - A
  • 2-06-2022, 15:53

    ABŞ-da fəaliyyət göstərən Los-Anceles Konsulluq Korpusunun İcraiyyə Şurasının üzvləri ilə görüş keçirilib

    İyunun 2-də Milli Məclisdə ABŞ-da fəaliyyət göstərən Los-Anceles Konsulluq Korpusunun İcraiyyə Şurasının üzvləri - Latviyanın və Toqonun Los-Ancelesdəki fəxri konsulları Juris Bunkis və Grant Artur Goçinlə görüş keçirilib.
    Qonaqları salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ABŞ-da fəaliyyət göstərən Los-Anceles Konsulluq Korpusunun İcraiyyə Şurasının üzvlərini salamlayaraq, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsi ilə 30 ilə yaxın davam etmiş işğala son qoyduğunu diqqətə çatdırıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə yüksək tempdə bərpa və quruculuq işlərinin aparıldığını qeyd edən deputat erməni vandalizminə məruz qalan ərazilərimizdə infrastrukturun yenidən qurulduğunu, yolların çəkildiyini, dini və mədəni abidələrin bərpa olunduğunu və yenilərinin inşa edildiyini bildirib.
    Azərbaycanın sülhsevər və multikultural ölkə olduğunu deyən Sevinc Fətəliyeva erməni vətəndaşların hüqüq və azadlıqlarının ölkəmizin ərazisində digər azsaylı millətlərin nümayndələri kimi qorunduğunu vurğulayıb.
    Ölkəmizdə qadınların idarəçilikdə, parlamentdə, cəmiyyətdə artan rolundan bəhs edən Sevinc Fətəliyeva Milli Məclisin qadın deputatlarının AŞPA-da təmsil olunduğunu da qeyd edib. Azərbaycan qadınlarının elm, təhsil sahəsində də müsbət nəticələr əldə etdikləri bildirilib. Qeyd olunub ki, ölkəmizdə qadınların hüquqları qanunla tənzimlənir və qorunur. Gender bərabərliyindən danışan deputat xeyli sayda vətəndaş cəmiyyətlərinin də fəaliyyət göstərərək əməli işlər gördüklərini diqqətə çatdırıb.
    Görüşdə iştirak edən Milli Məclisin deputatı Nigar Arpadarai qeyd edib ki, Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmizin regionda söz sahibi olduğunu diqqətə çatdıran Nigar Arpadarai bütün sahələrdə əldə olunan nailiyyətlərdən söz açıb. Azərbaycanın multikultural ölkə olduğunu xatırladan Milli Məclisin deputatı ölkəmizdə xeyli sayda azsaylı etnik xalqların mehriban şəraitdə yaşadığını diqqətə çatdırıb.
    Ermənistanın törətdiyi vandalizm aktlarından da danışan deputat buna əmin olmaq üçün təkcə Ağdamı görməyin kifayət olduğunu vurğulayıb. Qeyd olunub ki, Ermənistan vətəndaşları özləri də başa düşürlər ki, bu ölkənin işğalçılıq siyasəti ona baha başa gəlib, ölkə iqtisadi tənəzzülə uğrayıb. Biz sülhün, dinc yanaşı yaşamanın tətəfdarıyıq.
    Görüşdə Azərbaycanın zəngin mədəniyyətindən və onun dünyada təbliğindən də danışılıb.
    Qonaqlar ölkəmizə səfər etməkdən və burada gedən inkişafı öz gözləri görməkdən məmnunluqlarını ifadə ediblər. Onlar Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüblər. Bildirilib ki, ABŞ hökuməti bütün dünyada sülh və təhlükəsizliyini təmin olunmasının tərəfdarıdır.
    Söhbət zamanı regionda davamlı sülhün təmin olunacağına, insanların evlərinə qayıdaraq təhlükəsiz şəkildə yaşaya biləcəklərinə inam ifadə olunub.
    Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyətindən də danışılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR