AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dollar bahalaşır: son 28 ilin ən sərt faiz artımı…

  • + A
  • - A
  • 15-06-2022, 12:40

    Dollar bahalaşır: son 28 ilin ən sərt faiz artımı…


    ABŞ mərkəzi bankı funksiyasını həyata keçirən Federal Ehtiyatlar Sistemi (FES) bu həftə növbəti toplantısını keçirərək, son 28 ilin ən sərt faiz artımını edə bilər.

    Bazarlar FES-in uçot dərəcəsini 0,75 bənd artıracağını gözləyir. Fyuçer qiymətləndirmələrinə əsasən FES-in buhəftəki iclası da daxil olmaqla, növbəti üç iclasda 1,75 faiz bəndi faiz artımına gedəcək. İlk iclasda faizlər 0,75 bənd, növbəti hər bir iclasda isə 0,5 bənd artım elan olunacağı proqnozlaşdırılır.

    FES-in bu cür sərt tədbirlərə əl atması ABŞ-da keçən həftə açıqlanan inflyasiya göstəriciləri ilə bağlıdır. Ötən həftə açıqlanan məlumatlara görə, istehlakçı qiymət indeksi mayda illik 8,6 faiz artaraq, 1981-ci ilin dekabrından bəri ən yüksək artım göstərib.

    ABŞ Maliyyə Nazirliyi və FES inflyasiya proqnozunun daha da pisləşməsindən narahatdırlar. Ehtimal edir ki, FES maliyyə siyasətini sərtləşdirməsə illik inflyasiya 9 faizə çata bilər.

    ABŞ-ın maliyyə mütəxəsisləri hesab edir ki, mövcud vəziyyət staqflyasiyanın (bahalaşma və işsizliyin eyni anda baş verməsi – red.) əlamətləridir. Onların qənaətincə, bu hal uzunmüddətli olarsa, ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyəcək.

    Qeyd edək ki, faiz dərəcələrinin sərt şəkildə artırılacağı gözləntisi dolları yenidən bahalaşdırır. İyun ayının əvvəlindən bəri dollar təxminən 3,7 faiz bahalaşıb.

    Sfera.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR