Rəsmi Ankara Türkiyə, Bosniya və Herseqovina, eləcə də Serbiyanın iştirakı ilə üçlü sammit təşkil edə bilər.
Bunu Xarici işlər naziri Mövlud Çavuşoğlu Sarayevoda bosniya və herseqovinalı həmkarı Bisera Turkoviç ilə görüşündə bildirib.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Türkiyə, Bosniya və Herseqovina, Serbiyanın iştirakı ilə üçlü sammitinin keçirilməsini arzulayır. Belqradda təmaslarımız zamanı gördük ki, həm Serbiya hakimiyyəti, həm də şəxsən cənab Vuçiç bu sammitə hazırdır”, - deyə o, bildirib.
Çavuşoğlu qeyd edib ki, Türkiyə səylərinin regiondakı bütün ölkələrin rifahına müsbət töhfə verəcəyini düşünür.
“Türkiyə olaraq tərəflərin qəbul edəcəyi formatlarda bir araya gəlməyə hazırıq”, - XİN rəhbəri əlavə edib.
Mənbə: “Haber Global”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.