İcra Hakimiyyətinin başçısı və millət vəkili sakinlər üçün səyyar qəbul keçirdilər Yasamal rayon sakinlərinin problem və qayğılarını dinləmək üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Elnur Allahverdiyev növbəti səyyar qəbul keçiriblər. Qəbulda iştirak üçün vətəndaşlar tədbirin keçirildiyi 18 saylı tam orta məktəbin akt zalına toplaşmışdı.
Səyyar qəbulu giriş sözü ilə açan Elşad Həsənov bildirdi ki, bu görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq baş tutur. İcra başçısı vurğuladı ki, səyyar qəbulun məqsədi birbaşa vətəndaşlarla görüşüb onları qayğılandıran problemləri müzakirə etmək və operativ şəkildə həll etməkdir. Bu məqsədlə qəbulda Yasamal rayonunun Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Bələdiyyəsinin, həmçinin təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsəri də iştirak ediblər. Qəbulda iştirak edən Yasamal rayonu sakinləri növbə ilə söz alaraq onları narahat edən əsas problemlər barədə fikirlərini bildirdilər. Söz alan vətəndaşlar qəzalı evlər, məişət tullantılarının daşınması və konteynerlərin yerləşməsi, Vətən müharibəsi qazilərinin evlə təminatı, MTK-vətəndaş münasibətləri, pilot layihələr və bir sıra sosial məsələlər qaldırdılar.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin müraciət və təklifləri ilə bağlı rayonunun təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə müvafiq tapşırıqlar verdi.Öz növbəsində millət vəkili Elnur Allahverdiyev sakinləri narahat edən problemlərlə baglı suallara ətraflı şəkildə aydınlıq gətirdi. Bir sıra müraciətlər nəzarətə götürüldü. Yasamal rayonunda sakinlərlə görüş və qəbullar qrafik üzrə davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.