Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləriləri rayonun Qiyamadınlı kəndində növbəti səyyari qəbul keçirmişlər.
Qəbulda İcra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, Qiyamadınlı kənd icra nümayəndəliyinin və Qiyamadınlı bələdiyyəsinin işçiləri, YAP fəalları, ağsaqqallar, gənclər, ərazidə fəaliyyət göstərən qurumların rəhbərləri, torpaq mülkiyyətçiləri və kənd sakinləri, həmçinin rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Səyyari qəbulda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov İqtidar-Ordu- Xalq birliyinin nəticəsində əldə edilən qələbədən və Erməni işğalından azad ərazilərdə görülən yenidənqurma və quruculuq işlərindən söhbət açmış, kənd sakinləri tərəfindən səsləndirilən problem və iradların bəzilərinin yerindəcə həll edilməsi üçün tapşırıq vermiş, zamana ehtiyacı olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə göstəriş vermişdir.
Qəbul iştirakçıları qaldırılan məsələlərin həlli istiqamətində yerlərdə səyyar qəbulların keçirilməsini müsbət dəyərləndirdilər və bu şəraitin yaradılması üçün ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.