AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müstəqil Azərbaycan Heydər Əliyevin möhtəşəm əsəridir.

  • + A
  • - A
  • 3-10-2022, 21:08

    Müstəqil Azərbaycan Heydər Əliyevin möhtəşəm əsəridir.

    Görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən bütün dünyanın diqqətini cəlb etmiş qüdrətli şəxsiyyətdir. Xalqımız üçün Heydər Əliyev yeni Azərbaycanın böyük yaradıcısı və qurucusu, əsl mənada xilaskar və müdrik rəhbərdir. Heydər Əliyevin beynəlxalq aləmdə, dünya siyasəti miqyasında da mühüm simalardan biri hesab edilməsi hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Türk-müsəlman dünyası Heydər Əliyevin simasında Sovetlər İttifaqı kimi nəhəng bir dövlətin əsas rəhbərlərindən biri səviyyəsinə qədər yüksələ bilmiş, dünya şöhrəti qazanmış, adlı-sanlı nümayəndəsini görmüşdür. Qərb siyasətində Heydər Əliyev uzaqgörən siyasətçi və cəsarətli dövlət xadimi kimi qəbul olunmuşdur. Bu görkəmli dövlət xadiminin böyük siyasətin qrossmeysteri adlandırılması onun fəaliyyətinin və xidmətlərinin dünya miqyasında hansı yüksək meyarlarla qiymətləndirildiyini aydın şəkildə nümayiş etdirir. Buna görədir ki, dünyanın müxtəlif ölkələrində Heydər Əliyev haqqında ciddi araşdırmalar aparılmış, ona həsr olunmuş çoxsaylı elmi, siyasi və bədii əsərlər yazılmışdır. Heydər Əliyevin adı həmişəlik olaraq Azərbaycan xalqının və böyük siyasətin tarixinə daxil olmuşdur

    Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti həmişə ölkənin və xalqın taleyi və müqəddəratı, xilası və inkişafı ilə üzvi vəhdətdə dəyərləndirilir. Haqlı olaraq Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, bütövlükdə yeni Azərbaycanın qüdrətli yaradıcısı və böyük qurucusu hesab edilir. Müstəqil Azərbaycan Heydər Əliyevin möhtəşəm əsəridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan hər bir hadisə Azərbaycanın müstəqillik tarixinin qiymətli səhifələrini təşkil edir. Sözün geniş mənasında Heydər Əliyev azərbaycançılıq idealının rəmzinə çevrilmişdir. Heydər Əliyevin çətin, keşməkeşli və mənalı həyatı, böyük mübarizə yolu müstəqil Azərbaycan dövlətinin epopeyasıdır.

    Hazırda ölkəmizdə ulu öndər Heydər Əliyevin böyük ideyaları ardıcıllıqla və dönmədən, uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı yaradıcılıqla, yeni dövrün reallıqlarına uyğun şəkildə böyük sürətlə inkişaf etdirərək, yeni sabahlara doğru aparır. Beynəlxalq aləmdə də ölkəmiz özünəməxsus mühüm nüfuza malik dövlətlər sırasına çıxmışdır.

    Ümummilli liderimiz Heydər Əliyevin geniş siyasi-ideoloji və tarixi əhəmiyyətə malik olan azərbaycançılıq amalının və idealının işıqları müstəqil Azərbaycanın bu gününə də, sabahına da gur işıq salır. Müstəqil Azərbaycan dövləti sınaqlardan çıxmış dövlət strategiyasının işığında möhtəşəm addımlarla irəliləyərək diinyanm inkişaf etmiş ölkələrindən birinə çevrilir.

    Elşən Səfərov
    YAP Ağcabədi rayon təşkilatının əməkdaşı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR