Ceyhun Məmmədov: "Şagirdlər arasında baş verən xoşagəlməz hadisə həm də ciddi mesajdır"
112 saylı məktəbdə şagirdlər arasında baş verən xoşagəlməz hadisə barədə müzakirələr davam edir. Elnur adlı şagirdin sinif yoldaşını vəhşicəsinə döyməsi ictimaiyyətdə təəssüf hissi yaradıb. Əksər müzakirələrdə şagirdin məktəbdən uzaqlaşdırılması təklif edilir.
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da məsələyə münüsibət bildirib, hadisənin baş vermə səbəbinin ciddi araşdırılmasını, səbəbkarların cəzalandırılmasını tövsiyə edib. Azadmedia.az millət vəkili Ceyhun Məmmədovun açıqlamasını təqdim edir:"112 saylı məktəbdə şagirdlər arasında baş verən xoşagəlməz hadisə həm də ciddi mesajdır. Bu kimi hadisələr ciddi araşdırılmalı, cəza tədbirləri görülməlidir. Bu həm də şagirdlər arasında aqressiyanın artdığını göstərir. Bu məsələdə həm valideynlər həm də məktəblər ciddi məsuliyyət daşıyırlar. Bu suallara cavab axtarılmalı, aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Nə üçün uşaqlar bu qədər aqressivdirlər? Nə üçün ətrafda olan o qədər şagird həmin xoşagəlməz vəziyyətə heç bir reaksiya vermədilər? Bu biganəliyin səbəbi nədir? Sinif rəhbərləri və məktəb direktorları siniflərdə gedən proses və xoşagəlməz hadisələrdən nə qədər məlumatlıdırlar? Əgər indi bu suallara cavab axtarmasaq və ciddi tədbirlər görməsək gələcəkdə bu kimi hallar daha da artacaq. Övladlarımıza nəzarət edək, onllara vaxt ayıraq, düzgün tərbiyə verək".
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR