AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Albaniyaya səfər edib - FOTO

  • + A
  • - A
  • 27-10-2022, 19:41

    Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Albaniyaya səfər edib - FOTO



    Azadmedia.az - 2022-ci ilin 24-26 oktyabr tarixində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə səfər edib. Səfər Azərbaycan Respublikasının Albaniyadakı Səfirinin dəstəyi ilə həyata keçirilib.

    Səfərin əsas məqsədi Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının (23 sentyabr 1993-cü il) 30 illiyi çərçivəsində mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, gələcək əməkdaşlıq perspektivlərinin dərinləşdirilməsi və Azərbaycan mədəniyyətinin Albaniyada daha geniş tanıdılması baxımından müzakirələrin aparılmasıdır.

    Səfər çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Marqariti, nazir müavini xanım Meri Kumbe, Avropa və xarci işlər nazirinin müavini xanım Artemis Malo və Tirana şəhərinin Bələdiyyə Başçısının müavini Keti Luarasi ilə rəsmi görüşlər keçirib.

    Görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin xüsusi əhəmiyyəti və xalqlarımız arasında dəyərlərimizin oxşarlığı vurğulanıb, eyni zamanda hər iki tərəf mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə maraqlı olduqlarını ifadə edib.

    Nazirin birinci müavini Elnur Əliyev Azərbaycanın mədəniyyətinin tarixi, ölkəmizin müasir dövrdə mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi və bu kontekstə Ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolu haqqında ətraflı məlumat verib.

    Bununla yanaşı, Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarının 2020-ci ildə azad edilməsi, həmin ərazilərdə vandalizmə məruz qalmış tarixi-mədəniyyət abidələrimizin vəziyyəti, 44 günlük Vətən müharibəsi ilə nəticələn Böyük Zəfərdən sonra orada aparılan bərpa və yenidən qurma işləri, o cümlədən infrastrukturun bərpası, beynəlxalq hava limanlarının açılışı, Azərbaycanda mədəni irsin bərpası haqqında geniş məlumat verilib.

    Eyni zamanda, qarşı tərəfin təşəbbüsü əsasında Albaniyada Azərbaycan mədəniyyət həftəsinin keçirilməsinin təfərrüatları müzakirə edilib.

    Bildirilib ki, iki ölkənin mədəniyyət müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması baxımından bu tədbir xüsusi önəm daşıyacaq. Azərbaycan Həftəsi çərçivəsində ölkəmizin mədəni dəyərlərini özündə əks etdirən konsert, sərgi və tədbirlərin təşkili, Azərbaycan filmlərinin nümayişi və digər müxtəlif mədəni proqramların təqdim olunması nəzərdə tutulur.

    Görüşlərdə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu haqında məlumat verilmiş və Albaniya tərəfinin tədbirdə iştirakının vacibliyi vurğulanıb.

    Səfər müddətində Albaniyanın Milli Tarix Muzeyi, Milli Kitabxanası, Milli Opera Teatrı və Milli Film Mərkəzinin rəhbərləri ilə görüşlər keçirilib və həmin müəssisələrin fəailiyyəti ilə yerində tanışlıq olunub. Mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüşlərdə Azərbaycan mədəniyyətinin Albaniya ictimaiyyətinə təqdim edilməsi məqsədilə fikir mübadiləsi və ölkəmizin müvafiq tərəf müqabili ilə birbaşa əməkdaşlıq perspektivlərin qurulmasına dair müzakirələr aparılmış, habelə bır sıra birgə layihələr müəyyənləşdirilib.

    Günün sonunda nazirin birinci müavini Elnur Əliyev “Euronews Albaniya”ya Azərbaycan və Albaniya arasında sıx münasibətlər, o cümlədən mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, 30 illik işğal altında saxlanılan torpaqlarımızın azad olunması, həmin ərazilərdə törədilən vandalizm aktları, orada aparılan bərpa və quruculuq işləri, Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxı olması və orada keçirilən müxtəlif mədəni tədbirlərin əhəmiyyəti, habelə 2023-cü ildə Albaniyada keçiriləcək Azərbaycanın Mədəniyyət həftəsi haqqında geniş müsahibə verib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR