Tanınmamış Dağlıq Qarabağ Respublikası (DQR) ciddi böhranla üz-üzədir. Azərbaycan sakinləri Xankəndi-Laçın yolunu bağlayıb, yerli əhalini Ermənistanla əlaqədən məhrum ediblər. Sonra tanınmamış DQR hakimiyyəti qazın verilişinin dayandırıldığını elan edərək, bunda Azərbaycanı günahlandırıb. Bakı ittihamları rədd edir, yolun bağlanmasını ictimai xadimlərin əməlləri ilə əsaslı sayır. Bu, bir aydan çox əvvəl tanınmamış DQR hökumətinin başçısı vəzifəsinə başlayan biznesmen Ruben Vardanyan üçün ilk ciddi sınaqdır. Ancaq təkcə onun üçün deyil...
DQR-i Ermənistanla birləşdirən Xankəndi-Laçın yolu dekabrın 12-dən Şuşa şəhəri istiqamətində ikiyə ayrılan yerdə bağlanıb. Orada rus sülhməramlıları və Azərbaycan əsgərləri bir-birindən on metr aralıda dayanıblar. Əvvəlcə əraziyə azərbaycanlı ekoloqlar və digər ictimai xadimlər gəlib. Onlar DQR-i Ermənistanla birləşdirən yeganə magistral yolda hərəkəti kəsiblər. Sonra çadırlar gətirilib qurulub. Sosial şəbəkələrdə yayılan videolara əsasən aksiyada yalnız Rusiya sülhməramlı kontingenti ilə işarələnmiş texnikanı buraxan onlarla ictimai xadim iştirak edir.
Etirazçılar dərhal niyə gəldiklərini bildiriblər: bu, Qarabağın təbii sərvətlərinin nəzarətsiz mənimsənilməsinə etirazdır. Bundan başqa, onlar faydalı qazıntıların çıxarılmasına nəzarət mexanizminin işə salınmasının tərəfdarıdırlar. Aksiya iştirakçısı Aytən Hüseynəliyevanın Trend-in Azərbaycan redaksiyasına istinadən verdiyi məlumata görə, aksiyanın əsas məqsədi “ermənilər tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının dayandırılması və ekoloji monitorinqin aparılmasına şərait yaradılmasıdır.
Bundan əvvəl Azərbaycan KİV-i Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı ilə dekabrın 3-də və 7-də keçirilən danışıqlarda guya razılıq əldə edildiyini bildirib. Dekabrın 10-da İqtisadiyyat Nazirliyi və digər idarələrin azərbaycanlı ekspertləri 2020-ci il müharibəsindən sonra nəzarətsiz qalan tanınmamış DQR ərazisində faydalı qazıntıların çıxarılmasına nəzarət etməyə başlayacaqdı. Məruzələrdə göstərildiyi kimi, söhbət qızıl və mis-molibden yataqlarında aparılan yoxlamalardan gedirdi. Lakin monitorinq başlamadı, bu da etirazlara səbəb oldu.
Rusiya Müdafiə Nazirliyinin saytının Dağlıq Qarabağda sülhməramlı əməliyyata həsr olunmuş bölməsində “Kommersant” Rusiya Federasiyasının hərbçiləri ilə Azərbaycan tərəfi arasında aparılan danışıqlar barədə məlumat tapa bilməyib. Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı məlumat bülletenlərində bu barədə heç bir qeyd yoxdur. Amma yolun bağlanması və onun açılması üçün danışıqların aparılması ilə bağlı mesaj var. Dekabrın 13-də yayılan məlumat bülletenində “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb” yazılıb və qeyd edilib ki, dekabrın 12-də Xankəndi-Laçın avtomobil yolu Azərbaycan tərəfindən bağlanıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı Xankəndi-Laçın yolu ilə mülki avtomobillərin maneəsiz hərəkətini bərpa etmək üçün Azərbaycan nümayəndələri ilə danışıqlar aparır.
Bu arada fəalların hərəkətləri mahiyyətcə Azərbaycan və Türkiyə hakimiyyəti tərəfindən dəstəklənib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev dekabrın 12-də keçirdiyi brifinqdə bildirib ki, Bakı Qarabağdakı yataqların qanunsuz istismarına son qoyulmasını tələb edir.
“Biz faydalı qazıntı yataqlarının qanunsuz istismarının güclənməsini müşahidə etdik. Qeyri-qanuni fəaliyyətə son qoyulmalıdır”, - deyə H.Hacıyev bildirib. Stepanakert-Göris yolunda yaranmış vəziyyəti şərh edən cənab Hacıyev qeyd etdib ki, Vətəndaş cəmiyyəti fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər fəallar və qruplar Şuşa-Xankəndi-Laçın yolunda etirazlarını bildirmək üçün toplaşıblar.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanda keçirilən üçtərəfli sammitdən sonra Qarabağdakı vəziyyətlə bağlı danışıb. “Bu məsələdə Azərbaycan həm hüquqi baxımdan, həm də qeyri-qanuni fəaliyyətə ədalətli müqavimət nöqteyi-nəzərindən haqlıdır. Ona görə də biz bu ədalətli mübarizədə Azərbaycanı dəstəkləyirik”, - APA-nın məlumatına görə, cənab Çavuşoğlu deyib.
Türkiyəli nazir əlavə edib ki, Rusiya tərəfi mineral ehtiyatların işlənməsində Azərbaycanla əməkdaşlıq etməli, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada yaşayan erməni əhali Azərbaycan tərəfinin monitorinqinə mane olmamalıdır.
Tərcümə etdi: Elnurə