AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkinin meşə zolağındakı problem ictimaiyyətə təhrif olunmuş formada çatdırılır

  • + A
  • - A
  • 16-12-2022, 12:37

    Şəkinin meşə zolağındakı  problem ictimaiyyətə təhrif olunmuş formada çatdırılır


    Bir neçə gündür ki, bəzi media qurumlarında 1993-1994-cü illərdə Laçın və Kəlbəcər rayonlarından məcburi köçkün düşən doqquz ailəyə məxsus problemlər qabardılır və beləliklə, bir növ geniş ictimaiyyətin aldadılmasına cəhd də göstərilir. Yəni, yayımlanan məqalələrdə qeyd olunur ki, bu rayonlardan məcburi köçkün düşən doqquz ailə Şəki rayonunun Əhmədbəyli meşə massivində məskunlaşmışlar və onlar dolanışıqlarını təmin etmək üçün, bu gün də həmin ərazidə təsərrüfat işlərilə məşğul olurlar. Unutmayaq ki, müəlliflər yayımladıqları məqalələrdə bir çox incəlikləri ictimaiyyətə elə bir formada çatdırırlar ki, guya Əhmədbəyli meşə massivində məskunlaşan məcburi köçkünlər “aydan arıdırlar, sudan da durudurlar”. Media qurumlarında yayımlanan məqalələrdə o da qeyd olunur ki, dəfələrlə doqquz ailənin həmin ərazidən çıxarılması üçün, Şəki Meşə İdarəsinin rəhbərliyi tərəfindən onlara təzyiqlər göstərilib. Belə bir addımların qarşılığında məcburi köçkünlər aidiyyatı dövlət qurumlarına müraciətlər ünvanladıqlarından, doqquz ailəyə göstərilən təzyiqlər dayandırılmış və onlar Əhmədbəyli meşə massivində təsərrüfat fəaliyyətləri ilə məşğul olmaqda davam etmişlər. Bu kimi işlərin qarşılığında meşə zolaqlarına heç bir ziyanlıq vurulmamış, heç bir neqativ hal aşkar olunmamış və bunu aparılan yoxlamalar da sübut etmişdir. Bəli, bütün bunların hər biri geniş ictimaiyyətin aldadılması yöndə atılan addımlardır. Yəni, cəfəngiyatdan başqa bir şey deyil. Əslinə baxsan, belə bir problemi ictimailəşdirən məqalə müəllifləri ilk öncə lazımi araşdırmalar aparmalı və əsl həqiqətləri üzə çıxarmalı olduqları halda, təəssüflər olsun ki, onlar baş verənləri ictimaiyyətə təhrif olunmuş formada çatdırmaqdadırlar.

    Hörmətli oxucilar! Gəlin bir məsələni öz aramızda ədalətli şəkildə müzakirə edək və yaşananlarla bağlı düzgün mövqeyimizi hər kəsin diqqətinə də çatdıraq. Yəni, nə dərəcədə inandırıcı görünür ki, meşə zolaqlarında mal-qara saxlayasan və ətraf mühitə heç bir halda ziyanlıq vurmayasan? Bu həqiqət ola bilərmi? Əsla yox! Amma, Laçın və Kəlbəcər rayonlarından məcburi köçkün düşən doqquz ailənin üzvləri iddia edirlər ki, “biz meşə zolaqlarında heyvan saxlasaq da, heç vaxt ətraf mühitə ziyanlıq vurmamışıq”. Bundan əlavə, bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Əhmədbəyli meşə massivində məskunlaşan doqquz ailənin üzvləri ərazidəki yaşıllıqları məhv etmişlər və həmin yerlərdə taxıl əkmişlər. Əslində bu cür addımı “ekoloji terror”, yaxud da “yaşıl soyqırım” da adlandırmaq olar. Əldə etdiyimiz başqa bir məlumatlara görə, məcburi köçkün düşən doqquz ailəyə Şəki şəhəri ərazisində büdcə vəsaitləri hesabına mənzillər inşa olunsa da, onlar həmin mənzillərə köçməkdən imtina etmişlər. O halda ortaya belə bir sual çıxır ki, axı dövlət xərc çəkir, büdcədən müəyyən məbləğdə vəsaitlər ayrılır və bunun müqabilində məcburi köçkün düşənlərə, o cümlədən bu doqquz ailəyə də mənzillər tikilib? Görəsən səbəb nədir ki, bu doqquz ailə onlara verilən mənzillərə köçməkdən imtina edirlər? Demək, onları niyyətləri başqa bir məqsədlərinə nail olmaqdır. Yəni, bu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmas yöndə atılan addımlardır ki, bu da qəbul olunmuş “Dövlət Proqramı”nda öz əksini tapıb. Demək, hər bir şəxs, o cümlədən Laçın və Kəlbəcər rayonlarından məcburi köçkün düşən doqquz ailənin hər üzvü, məhz qəbul olunmuş qanuna hörmətlə yanaşmağa borcludurlar. Bəs bu gün nələr baş verir? Baş verən o olur ki, doqquz ailənin üzvləri onlara verilən mənzillərə köçməkdən imtina edirlər və bu gün də Əhmədbəyli meşə massivində təsərrüfat fəaliyyətlərini davam etdirirlər. Bununla da həmin şəxslər meşə zolaqlarına hədsiz dərəcədə ziyanlıq vururlar. Bu azmış kimi omlar Şəki Meşə İdarəsinin müdiri Əkrəm müəllimi, Baş Kəldək kəndi üzrə sahə müdiri Vidadi müəllimi, 7 saylı Şəki Regional Təbii Sərvətlər İdarəsinin rəhbəri Namiq müəllimi və digər vəzifə sahiblərini ittiham etməkdən də çəkinmirlər. Bir faktı da qeyd edək ki, məcburi köçkün ailələrinin mənzillərlə təmin olunmaları dövlət səviyyəsində həyata keçirilən işlərdir. Yəni, bu məsələlərdə yuxarıda adları hallanan vəzifə sahiblərinin heç bir məsuliyyəti yoxdur. Amma, onu da unutmaq olmaz ki, ətraf mühitə hansısa formada ziyanlıq vurmaq qanunla qadağan olunduğundan, heç bir şəxsin, o cümlədən Laçın və Kəlbəcər rayonlarından məcburi köçkün düşən doqquz ailənin də, belə bir addımı atmağa ixtiyarı yoxdur. Bütün bunlara baxmayaraq, məqalə müəllifləri bu kimi halları araşdırıb müəyyən həqiqətləri ortaya çıxarmaq əvəzinə, məhz bu gün də qaragüruhçuluqla məşğul olmağı özləri üçün şərəf bilirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR