AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dərmanların satışına nəzarət gücləndirilir

  • + A
  • - A
  • 31-01-2023, 13:15

    Dərmanların satışına nəzarət gücləndirilir


    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu il dərman vasitələrinin satışı bazarına nəzarəti gücləndirəcək.

    Bunu jurnalistlərə açıqlamasında Xidmətin rəis müavini Elnur Bağırov deyib.

    Onun sözlərinə görə, Azərbaycanda dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimlənir:

    "Dövlət tənzimləməsi şəraitində əksər hallarda rəqabət olmur və qiymət manipulyasiyası halları azalır. Bizə daxil olan şikayətlərdən görürük ki, istehlakçılar çox halda bioloji fəallığa malik qida əlavələrini dərman kimi qəbul edir və onların qiymətinin fərqli apteklərdə fərqli olmasından şikayət edir. Qeyd edim ki, bu məhsulların qiyməti dövlət tərəfindən tənzimlənmir və onların satışında azad bazar rəqabəti mövcuddur. Dövlət Xidmətinin səlahiyyətlərindən biri də odur ki, Tarif Şurası tərəfindən dərmanların tənzimlənən qiymətlərdən fərqli qiymətə satışlarının olub-olmamasına nəzarət etsin. Əgər belə olarsa, bu birbaşa qanun pozuntusu sayılır və tərəfimizdən müdaxilə edilir".

    E.Bağırovun sözlərinə görə, Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən biri də odur ki, dərman vasitələri bazarını araşdıraq və bu sahədə hansısa qanun pozuntusu və ya sui-istifadə halları olduqda qanunvericiliyə uyğun tədbirlər görək. Bununla əlaqədar artıq təhlillər başlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR