AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AAYDA-nın balansında olan 4 saylı Magistral avtomobil yollarının istismarı MMC soyuq qış günlərində bölgələrdəki yollarda hərəkətin intensivliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görür - VİDEO

  • + A
  • - A
  • 3-02-2023, 12:30

    AAYDA-nın balansında olan 4 saylı Magistral avtomobil yollarının istismarı MMC soyuq qış günlərində bölgələrdəki yollarda hərəkətin intensivliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görür - VİDEO



    Qış aylarında bölgələrdə qarla əlaqədar yollarda hərəkətin intensivliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür.

    Belə ki, Şamaxı-Ağsu yoluna, ucqar kəndlərinə hərəkətin fasiləsizliyinin təmin edilməsi, yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunan texnikaların işlək vəziyyətə gətirilməsi, ehtiyat hissələri ilə təminat, qum ehtiyatının yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

    Qeyd edim ki, avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də xüsusilə diqqət mərkəzində saxlanılmalıdır. Əlbəttə ki, bütün bunlar respublikanın ayrı-ayrı rayonlarının, ucqar dağ və sərhəd kəndlərinin avtomobil yollarında yarana biləcək hər hansı bir maneənin vaxtında aradan qaldırılması üçün önəmli nüansdır.

    Nəzərinizə çatdırmaq istərdim ki, AAYDA-nın balansında olan 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin rəhbərliyi və əməkdaşlarının soyuq qış günlərində bölgələrdəki yollarda lazımi tədbirləri görməyə davam edir.

    Hazırda, Şamaxı-Ağsu yoluna qar yağır. AAYDA-nın balansında olan 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin əməkdaşları və rəhbəri Mübariz müəllim səhər tezdən qar yağan ərazilərdə yolların təmizlənməsi ilə məşğuldur.

    Bunu o yoldan keçən hər kəs görə bilər. Mübariz müəllimin hadisə yerində yolların təmizlənməsi və duz səpilməsinə şəxsən nəzarət etməsi onun işinə məsuliyyətindən xəbər verir.

    Yaxşı işləri, işinin öhdəsindən layiqincə gələn rəhbərləri təqdir etmək lazımdır.

    Azadmedia.az-ın baş direktoru
    Xəlil Xəlilov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR