AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yalan informasiyalarla işləmək onlar üçün əyləncəlidir.

  • + A
  • - A
  • 3-03-2023, 14:36

    Yalan informasiyalarla işləmək onlar üçün əyləncəlidir.

    Uzun illər öncədən (2016-cı ildən) səhhətində problem aşkarlanan və xəstəliyi tədricən irəliləyən Hacı Şahin Həsənlinin qəfil ölümünü səhhətilə bağlı deyil də, başqa səbəblərdən baş verdiyini iddia edən insanlar onun ruhuna qarşı böyük hörmətsizlik etmiş olurlar.

    Var cəmiyyətdə elə insanlar, onlar həqiqəti əks elətdirməyən dezinformasiyalar yaymaqla, məhz yalan informasiyalardan ibarət müzakirələr aparmaqla böyük zövq ala bilirlər, həqiqəti eşidəndə isə ciddi şəkildə qıcıq olurlar, yalan informasiyalarla işləmək onlar üçün əyləncəlidir, həqiqəti söyləməklə onları əyləncələrindən ayıranda qıcıqlanır, aqresivləşirlər.

    Bəlkə də, Hacı Şahin Həsənli bilsəydi ki, onun ölümündən sonra belə dedi-qodular dolaşacaq, uzun illər səhhətində problemin olduğunu öncədən öz dililə açıqlayacaqdı, çünki, o özü də razı olmazdı ki, ölümündən sonra Azərbaycan dövlətinin güc strukturlarına qarşı iftiralar atılsın, bu iftiralar absurt və utancvericidir.

    Bu ölüm, qəfil ölümdür, buna səbəb, irsi faktorlardır, tez xəbərdar olmaqla (şanslı olanlara orqanizm işarə edir), zamanında üzərinə düşməklə ömrü uzatmaq mümkündür, xəstəxanadan da bildirildiyi kimi Hacı Şahin Həsənli xəstəliyini ciddiyə almamışdır, xəstəxanada uzanmalı olduğu israrla bildirilsədə, o, bundan imtina etmişdir.

    Hacı Şahin Həsənli dövlət yanında böyük hörmətə malik nüfuzlu şəxs idi, yüksək rütbəli məmurlar, dövlət rəsmiləri onun xətrini çox istəyirdilər. Mən belə düşünürəm, onun ruhuna hörmət əlaməti olaraq, həm də gəzən dedi-qodulara görə Baş Prokurorluq onun ölümü ilə bağlı araşdırma başlatmışdır, sirr deyil ki, istənilən gizli məqam olarsa, aşkara çıxarılacaqdır, şübhəsiz ictimaiyyətə tam şəffaf şəkildə məlumat veriləcəkdir. Azərbaycan dövləti hüquqi dövlətdir, cinayətkarlıqla ciddi mübarizə aparır. Əgər, ölümlə bağlı hər hansısa neqativ hal ortaya çıxacaqsa, bunun Azərbaycan dövlətilə, güc strukturlarıyla əlaqəli olmadığını vicdanı olan hərkəs öncədən bilir. Hərkəsi, Azərbaycan dövlətinə, güc strukturlarına ləkə yaxan anti-milli şəxslərin dezinformasiyalarına inanmamağa çağırıram.

    Allah Hacı Şahin Həsənliyə rəhmət eləsin, qəbri nurla dolsun, ruhu şad olsun.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR