AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tbilisinin mərkəzində “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı yenidən etiraz aksiyası keçirilib

  • + A
  • - A
  • 8-03-2023, 19:09

    Tbilisinin mərkəzində “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı yenidən etiraz aksiyası keçirilib

    Azadmedia.az TASS-a istinadla xəbər verir ki, çərşənbə günü Tbilisidə parlament binası yaxınlığında mindən çox insan toplaşıb. Xüsusi təyinatlılar gecə saatlarında Gürcüstanın Aİ-yə namizəd statusu almasına mane ola biləcək xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edənləri dağıdandan sonra aksiya davam etdirilib.

    Parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti kəsilib, etirazçılar Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutaraq çərşənbə axşamı birinci oxunuşda dəstəklənən qanun layihəsinin qəbuluna qarşı şüarlar səsləndirirlər. Aksiya dinc xarakter daşıyır. Buraya tələbələr və qanunvericilik təşəbbüsünə qarşı çıxan Rustaveli prospekti ilə parlamentə yürüş edən qadınların mütəşəkkil hərəkatı da daxildir.

    Xatırladaq ki, Çəçərşənbə axşamı Gürcüstan parlamenti xarici təsir agentləri haqqında qanun layihəsinin gürcü variantını birinci oxunuşda qəbul edib. İclasla paralel olaraq qanun layihəsinə etiraz edən minlərlə insan parlamentə toplaşıb. Etiraz aksiyasında vəziyyət deputatların bu sənədi dəstəkləməsindən sonra gərginləşib. Xüsusi təyinatlılar etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, gecə saatlarında isə təhlükəsizlik qüvvələri etirazçıları parlamentə bitişik ərazidən çıxarmağa məcbur ediblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiya zamanı 66 nəfər saxlanılıb, iğtişaşlar zamanı 50 polis əməkdaşı yaralanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR