AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Ordusu Qarabağda lokal əməliyyatlar keçirəcək - AÇIQLAMA

  • + A
  • - A
  • 27-03-2023, 12:43

    Azərbaycan Ordusu Qarabağda lokal əməliyyatlar keçirəcək - AÇIQLAMA

    "Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri möhtəşəm bir əməliyyat həyata keçirdi və Laçın yoluna alternativ olan bütün yolları nəzarətə götürdü. Söhbət həmin yollarda aparılan tikinti işlərinin dayandırılmasından gedir".

    Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, artıq həmin yollarla Qarabağa və Xankəndinə daşınan hərbi yüklər, eləcə də digər texnikalar geriyə, yəni Ermənistana tərəf aparılır:

    "Azərbaycan Ordusu Sarıqaya yüksəkliyinin yaxınlığındakı digər yüksəklikləri də tam nəzarətə götürüb. Hazırda həmin ərazilərdə möhkəmlənmə işləri aparılır. Ordumuz həmin yollarda hər şeyə nəzarət edir.

    Beləliklə, ermənilərin qeyri-qanuni yollarla silah və ərzaq daşımasının qarşısı demək olar ki, alınıb. Bununla Ordumuz suverenliyimizi Qarabağın daha bir hissəsinə yaydı", - deyə Q. Hüseynli qeyd edib.

    Politoloq həmçinin bildirib ki, bundan sonra bölgədə yaşayan ermənilər danışıqlara meyilli olmalıdırlar:

    "Ermənistanın siyasi rəhbərliyi də bilməlidir ki, Azərbaycan Ordusu ərazilərimizdə suverenliymizə nail olmaq üçün bütün imkanlardan istifadə edəcək. Rusiya sülhməramlıları nə qədər atılıb-düşsələr də, guya "Azərbaycan tərəfi təmas xəttində hansısa pozuntulara yol verib" kimi sarsaq və heç bir mahiyyəti olmayan fikirlər söyləsələr də, Azərbaycan Ordusu tarixin yeni səhifəsini yazdı. Sülhməramlıların "təmas xətti" ilə bağlı söylədikləri fikirlər absurddur. Suveren ərazilərimizdə hansısa təmas xəttinin olması ilə bağlı səsləndirilən yalanları qətiyyətlə rədd edirik. Onlara bildirmək istəyirik ki, bu ölkənin sahibi və suverenliyinə nəzarət edən Azərbaycan Silahlı Qüvvələridir. Sülhməramlı qüvvələr öz missiyalarını yerinə yetirə bilmirlər. Bu səbəbdən onların bölgədən çıxarılması məsələsi də gündəmdədir. Azərbaycan əlbəttə ki, bölgədə olan ermənilərin çıxarılmasını təkidlə tələb edir. Ordumuz bu istiqamətdə lokal əməliyyatları həyata keçirməkdə davam edəcək. Ermənistan siyasi rəhbərliyi başa düşməlidir ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin tör-töküntülərini könüllü surətdə ərazidən çıxarmalıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR