AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova: “Ermənistanın iddiaları tamamilə əsassızdır və yalandır”

  • + A
  • - A
  • 14-04-2023, 14:56

    Sahibə Qafarova: “Ermənistanın iddiaları tamamilə əsassızdır və yalandır”

    Ermənistan hakimiyyətinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də daxili işlərinə müdaxiləyə yönəlmiş ritorikasının güclənməsi ciddi narahatlıq doğurur.
    Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı səsləndirib. O, qeyd edib ki, Ermənistan götürdüyü öhdəliklərin əksinə olaraq hələ də öz Silahlı Qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən tam çıxarmayıb. Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbi qulluqçusu hələ də Azərbaycan ərazisindədir. Həmçinin Ermənistan Laçın yolundan minaların, hərbi texnikanın və silahların daşınması, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində şəxsi heyətin rotasiyası, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının Ermənistana daşınması üçün istifadə edir.
    Parlament sədri diqqətə çatdırıb ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin 12 dekabr 2022-ci il tarixindən başlayaraq Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiya məhz buna qarşı yönəlib. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.
    Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 mindən çox nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin, humanitar yüklərin Laçın yolundan maneəsiz keçməsi sübut edir ki, Ermənistanın guya bu yolun bağlanması, qondarma "humanitar fəlakət" barədə iddiaları tamamilə əsassızdır və yalandır.
    Spiker vurğulayıb ki, Laçın yolunun Ermənistan-Azərbaycan sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifi bu yolun istifadəsində şəffaflığı təmin edəcək, lakin erməni tərəfi bunda maraqlı deyil və təklifi qəbul etmir. Həmçinin, Üçtərəfli Bəyanata uyğun olaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR