Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak dünya liderlərini və beynəlxalq təşkilatları tənqid edib.
Belə ki, o, bu barədə tviterdə yazıb.
Nəzərinizə çatdıraq ki, “Tammiqyaslı müharibə dünya liderlərinin cəsarətli qərarlar qəbul etməsi üçün kifayət deyilmi? Mariupol hadisələri neçə dəfə təkrarlanmalıdır ki, Ukraynaya uzaqmənzilli raketlər və təyyarələr verilsin? Beynəlxalq təşkilatların Rusiya ilə əməkdaşlığı dayandırması üçün Buça faciəsi daha neçə dəfə təkrarlanmalıdır?”, - deyə Podolyak bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.