Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamından sonra ilk dəfə görüntülənib.
Azadmedia.az xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi Şoyqunun da yer aldığı video paylaşıb.
Qeyd edək ki, nazir “Qərb” qoşun qruplaşması birləşmələrindən birinin komanda məntəqəsini yoxlayıb və birləşmə rəhbərlərinin hesabatlarını dinləyib, hazırkı vəziyyətlə tanış olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.