“Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, təlafatla bağlı hər hansı məlumat daxil olmayıb.”
Azadmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Facebook səhifəsi üzərindən bildirib.
Hacıyev qeyd edib ki, “Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, təlafatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.