“Meta” şirkəti tərəfindən yaradılan “Threads” platforması 24 saatdan az bir müddətdə 30 milyon istifadəçi toplaya bilib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq paylaşım edib.
Belə ki, onun həmin paylaşımından sonra “Threads” sürətlə izləyicilərin diqqətini cəlb edib.
Qeyd edək ki, yeni platformada mətn məzmununu paylaşmaq və ictimai çatlarda iştirak etmək olur.
Həmçinin “Threads” 100 ölkədə mövcud olsa da, Avropa Birliyi ölkələrində hələ də aktiv deyil. Buna səbəb AB-nin nizamnamələridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.