AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxt Bakıda Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda konfrans keçirilib - FOTO

  • + A
  • - A
  • 20-07-2023, 13:59

    Paytaxt Bakıda Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda konfrans keçirilib -



    Bakı, 20 iyul — Azadmedia.az

    İyulun 20-də Bakıda Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda konfrans keçirilir.
    Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan konfrans Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


    Belə ki, konfransda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndər Heydər Əliyevin mediaya diqqət və qayğısından danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin sovet vaxtı həyata keçirdiyi işlər məhz müstəqillik yolunda atılmış addımlar idi. Müstəqillik dövründə Ümummilli Liderin mətbuata verdiyi önəmin şahidi olduq. Həmin dövrdə 100 ildən artıq mövcud olan senzura ləğv edildi, mətbuat üçün yeni şərait yaradıldı. Mətbuatın özünü tənzimləməsi istiqamətində qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər, həmçinin mətbuat nümayəndələri ilə mütəmadi görüşlər keçirirdi.
    Rəşad Məcid qeyd edib ki, Ümummilli Liderin mətbuatla bağlı həyata keçirdiyi tədbirlər onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müasir dövrdə media sahəsində islahatların dərinləşməsi, Medianın İnkişafı Agentliyinin yaranması, "Media haqqında" yeni Qanunun qəbulu dövlətimizin başçısının bu sahəyə verdiyi qiymətin təzahürüdür.
    Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli diqqətə çatdırıb ki, Zəfərlə başa çatan Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə media sahəsində islahatların dərinləşməsi prosesi başladı. Bu islahatlar medianın inkişafının dövlətimiz üçün önəminin göstəricisi idi.
    O bildirib ki, "Media haqqında" Qanunun və aparılan islahatların bu sahəyə gətirdiyi yeniliklərdən biri bütün media subyektlərinin biznes mühitinə keçidini sürətləndirmək idi. Bu islahatlarla Azərbaycan mətbuatında vergi tətilləri tətbiq edildi, media reyestri yaradıldı. Media qanunvericiliyinin təkmilləşdirilməsinin, media islahatlarının əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq.
    Audiovizual Şuranın sədri İsmət Səttarov qeyd edib ki, XIX əsrdə “Əkinçi” qəzetinin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı XXI əsrdə də öz missiyasını uğurla davam etdirir. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başlayıb. Mediamızın bu dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən İsmət Səttarov deyib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev mediaya doğma münasibət sərgiləyir. Dövlətimizin başçısının diqqəti nəticəsində mediaya sistemli dəstək göstərilir.
    Konfrans işini Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın moderatorluğu ilə keçirilən “Azərbaycanın milli mətbuatı: ənənə və müasir trendlər” mövzusunda panel iclasla davam etdirib. Panel iclasda "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı “Milli mənlik şüurumuzun oyanışı və müstəqil dövlət quruculuğunda medianın rolu", “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov "Ulu Öndər Heydər Əliyevin media islahatları: qanunvericilik və plüralizm", Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova "Media savadlılığı cəmiyyətin informasiya təhlükəsizliyinin vacib elementi kimi", Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli "Jurnalist peşəkarlığında xarici standartlar: beynəlxalq media qurumları ilə təmaslar və təcrübə mübadiləsi" mövzularında çıxışlar ediblər.
    Konfrans işini "Mediada müasir transformasiya, informasiyalı cəmiyyət amili və ictimai maraqlar" adlı panel iclası ilə davam etdirir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR