Ukrayna və Polşa xalqlarının azadlığı, eləcə də Avropanın dəyərləri və ümumi rus düşməni üzərində qələbə hər şeydən üstündür, emosiyalar soyumalıdır.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter səhifəsində yazıb.
Belə ki, “Avropa xalqı bilir ki, hər kəsin azadlığı hamının ümumi azadlığı olduqda daha güclü olur. Biz Avropada hansısa fəsillərə və əhval-ruhiyyəyə, siyasi cərəyanlara və şəxsi ambisiyalara baxmayaraq, dəyərlərimizi çiyin-çiyinə durub müdafiə etməyi bacarırıq”, - deyə o bildirib.
Həmçinin Zelenski qeyd edib ki, indi müxtəlif siqnallar var ki, siyasət bəzən birlikdən yüksəkdə olmağa çalışır, emosiyalar isə xalqların köklü maraqlarından yüksəkdir.
Qeyd edək ki, “Ukrayna öz azadlığı və bütün Avropa üçün mübarizə aparır və biz kömək edən hər bir xalqa minnətdarıq. Bizimlə birlikdə dənizdən dənizə qədər Avropanın əsl sipərinə çevrilmiş Polşanın tarixi dəstəyini çox yüksək qiymətləndiririk. Heç bir siyasi məqamın Ukrayna və Polşa xalqı arasında münasibətləri korlamasına imkan verməmək vacibdir, emosiyalar mütləq soyumalıdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.