Avropa İttifaqı Çin sosial media platforması “TikTok”u “uşaqların məhrəmiyyətini pozduğuna görə” böyük məbləğdə cərimə edir.
Azadmedia.az xəbər verir ki, Aİ Məlumat Mühafizəsi Şurası “TikTok” 13-17 yaşlı istifadəçilərinin məlumatlarının mühafizəsi ilə bağlı platformanın baş ofisi İrlandiya Məlumat Mühafizəsi Təşkilatı tərəfindən 2021-ci ildə başladığı araşdırmaya dair rəyini açıqlayıb.
Belə ki, Şura “TikTok”un cəzalandırılmasına icazə verərək İrlandiya Məlumat Mühafizəsi Təşkilatının məcburi qərarını təsdiq edib.
Qeyd edək ki, cəzanın məbləği 4 həftəyə bildiləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.