ABŞ Ukraynaya 66 milyard dollardan çox hərbi, maliyyə və humanitar yardım göndərib.
Azadmedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-nin Ukraynaya yardımının ümumi həcmi müharibə başlayandan 66,2 milyard dollar təşkil edib ki, bu da Vaşinqtonun ittifaq dövlətinə yatırdığı ən böyük sərmayədir.
Bildirilib ki, Amerika maliyyəsi silah, təlim, dərman, generatorların tədarükü və yenidənqurma işlərinə yönəlib.
Qeyd edək ki, ABŞ buraya 43 milyard dollardan çox hərbi yardım daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.