Şəkidə icra hakimiyyətində fırıldaq İTTİHAMI
Realnewsinfo.com-un redaksiyasına daxil olan məktubda Qubadlı rayonu Qaracallı kənd sakini Aybəniz Səfərovanın dediyinə görə azyaşlı uşağı ağır xəstədir. Uşağı 3 yaşı olanda həyat yoldaşından Şəki rayon Başkəldək kənd sakini Əliyev Rafiq Fərrux oğlundan rəsmi şəkildə ayrılıb. Uşağa aliment kəsilsədə bu günə kimi ərim pul ödəməyib. Ağır xəstə olan övladının müalicəsi respublikadan kənarda mümkündür. Xəstə övladımı xarici ölkəyə müalicəyə aparmaq istəyirəm. Bunun üçün isə keçmiş həyat yoldaşından etibarnamə alınmalıdır. Amma etibarnaməni ala bilmirəm. Aybəniz xanım bununla bağlı məhkəməyə dəfələrlə müraciət edib. Muraciət etməyinə baxmayaraq xeyli vaxtdir onu Şəki məhkəməsi və rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi süründürməçiliyə məruz qoyub.
Araşdırmaçı jurnalist olaraq mən Aybəniz Səfərovanın Xəbər saytımıza unvanladıqı Şikayət məktubunu yerində araşdırmaq üçün yanvarın 25-də Şəkiyə getdim. Xatırladım ki, yanvarın 25-dən öncə Dekabrın 24-də Şəki rayon məhkəməsində Hakim Kamran Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Hakim ancaq özünün maraq dairəsində olan sanki mudafiəçi qismində prosesin nə ilə əlaqədar olmasını bir kənara qoyaraq Aybəniz Səfərovanı lazımsız suallarla sanki susdurmaq məqsədi güdərək Məhkəmə prosesinə ayrılan vaxtın bitməsi üçün can atırmış kimi görsənirdi. "Mən məhkəmə prosesindən sonra Aybəniz Səfərovadan musahibə götürdüm. Bu haqda məqalə yazaraq, bu haqsızlıqa qarşı var gücümlə mübarizə aparmaqa başladım. Hətta yazımda da qeyd eləmişdim ki, Hakim Kamran Süleymanov haqqında ciddi tədbir görülsün. Sən demə Bununla da mən "ŞƏKİ RAYON İCRA BAŞÇISI ELXAN USUBOV"un maraqlarına toxunmuşam. Həbsimin əsl səbəbi də elə bu imiş.
25 YANVAR 2017-ci il saat 10-37...
Soyuq, şaxtalı, qarlı, boranlı çovğun qış günü... Şəki rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinin müdiri Əhmədiyə Bəşirovla görüşə bildik. Aybəniz Səfərovanın nə ilə əlaqədar gəldiyini soruşan şöbə müdiri o, zaman işin nə olduğunu bilərək məhkəmədən bizə sənəd daxil olmayıb. Aybəniz xanım vurğuladı ki, axı necə ola bilər bu gün məhkəmə prosesi var axı? Şöbə müdiri verilən suala belə cavab verdi: Xanım Dekabrın 1-dən yanvara qədər bizə daxil olan məhkəmə ilə bağlı bütün vətəndaşların iş prosesinin siyahısı bizdədir. Əlinə bir varaq götürərək qeyd etdi ki, bu əlimdə gördüyünüz adi kağız parçası deyil. Bu siyahıdır təəssuf ki, adınız buraya qeyd olunmayıb. Mən Qəyyumluq şöbəsində komisiyanın sədriyəm. Xanım bu qəyyumluqla bağlı Şəkidə bütün işləri özüm tək başına idarə edirəm. Mənim üçün çox ağırdır bu işi tək idarə etməyim. Hər gün neçə sakin gələrək bizə muraciət edir. Bizdə insanıq səhər saat 9-dan axşam saat 10-a dək işləməliyəmmi burada? Axşama qədər 200 manatamı işləməliyəm? Bu zaman yenidən sualımızı unvanlamalı olduq...Zəhmət olmasa deyin görək sənədlərimiz nəvaxt daxil olub sizin şöbəyə. Qəyyumluq və Himayəçilik şöbəsinin müdiri Əhmədiyə Bəşirov cavab verərək dedi nə edirsiniz? Bu zaman təngə gəlmiş şikayətçi Aybəniz Səfərova qeyd etdi ki, artıq mənim əsəblərim Şəki rayonuna gəlib gedməkdən yerində deyil. Zəhmət olmasa siz mənə deyin görüm mənim sənədlərim məhkəmədən sizin şöbəyə nə vaxt qəbul edilib? Bir neçə sənədlərin içində və həmin sənədin harada olduğunu sanki bilirmiş ki, biz söhbəıti hansı sənədlə bağlı edirik bir başa əlini ataraq həmin sənədi gözü bağlı formada götürərərk Dekabrın 26-da daxil olub sizin sənəd bizim şöbəyə bildirdi.
Aybəniz xanım bu an qeyd etdi ki, biz məhkəməyə gecikirik...çox sağolun bir daha. Biz Şəki rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinin müdiri Əhmədiyə Bəşirovun otaqından çıxmaq istədiyimiz zaman çox maraqlı bir ifadə işlətdi... Məhkəməlik deyil sizin işiiniz ay xanımniyə anlamırsınız? Bunu Şəki Rayon İcra Hakimiyəti edir. Çünki, əsas İcra Hakimiyyətidir.
Qeyd etmək istəyirəm ki, Azərbaycandakı vəziyyəti bilirlər və vəzifəyə təyin edildikdə ən azı 5-6 il işləyəcəklərinə əmindirlər. Ona görə də, vəzifədən sui-istifadə edib talançılıqla məşğul olurlar. Azərbaycan kiçik ölkədir. Bunu subut etmək elə də çətin deyil. Məsələn, hər hansı nazirin, icra hakimiyyəti başçısının sürdüyü həyat tərzi ilə bunu müəyyən etmək olar. Əksər məmurlar üçün fərqi yoxdur, hansısa kənddə insanların qaz, su, işıq, yol, yanacaq və.s problemi var. Bu da onlar üçün əhəmiyyət kəsb etmir. Əslində Azərbaycanda “VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ BAXILMASI QAYDASI HAQQINDA”10 iyun 1997-ci il tarixli qanun var. Sosial şəbəkələrdə də əksəriyyət ölkədəki məmur özbaşınalığının Azərbaycanın böyük problemlərindən biri olduğunu yazırlar: “Dəfələrlə bunun şahidi olmuşuq ki, məmurlar vətəndaşların problemlərinə laqeyd yanaşırlar.
Prezident vurğulayır ki, təkəbbürlü, harınlanmış məmurların özbaşınalıqları əhalidə haqlı narazılıq yaradır. Bunu dəyişmək üçündə çoxlu işlər görməliyik.”
Məqalədə adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq....(yazdıqlarımızın faktını təsdiq edən video materialı tezliklə sizə təqdim edəcəyik.)