AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət QOYULDU

  • + A
  • - A
  • 4-09-2023, 18:51

    Bu ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət QOYULDU


    Rusiya və Ekvadordan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Rusiyanın Tatarıstan Respublikasında və Ekvadorun Quayas əyalətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə Rusiyanın Tatarıstan Respublikasında, habelə Ekvador Respublikasının Quayas əyalətində, zonalaşma prinsipi nəzərə alınmaqla 10 kilometr radiusdakı məsafədə yerləşən müəssisələrdən quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR