AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokioda keçirilən danışıqlarda kiberməkan və əlaqəli texnologiyalar sahəsində qarşılıqlı fəaliyyət məsələsi müzakirə edilib - Yaponiya XİN

  • + A
  • - A
  • 15-09-2023, 09:38

    Tokioda keçirilən danışıqlarda kiberməkan və əlaqəli texnologiyalar sahəsində qarşılıqlı fəaliyyət məsələsi müzakirə edilib -


    Yaponiya və Hindistan nümayəndələri sentyabrın 14-də Uzaq Şərq ölkəsinin paytaxtı Tokioda keçirilən danışıqlarda iki ölkə arasında kiberməkan və əlaqəli texnologiyalar sahəsində qarşılıqlı fəaliyyət məsələsini müzakirə ediblər.

    Azadmedia.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, tərəflər bu sahənin qanunvericiliklə tənzimlənməsi məsələsini qaldırıb, kibertəhlükəsizliyin təmin edilməsi mövzusu ətrafında fikir mübadiləsi aparıb, həmçinin 5G texnologiyası və “Open RAN” sistemi də daxil olmaqla qabaqcıl tərtibatları müzakirə ediblər. Bundan başqa, görüş iştirakçıları Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanı birləşdirir) çərçivəsində iki ölkənin qarşılıqlı fəaliyyətini nəzərdən keçiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR