AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistanda Şuşaya həsr olunmuş poçt markası buraxılıb

  • + A
  • - A
  • 18-09-2023, 18:06

    Özbəkistanda Şuşaya həsr olunmuş poçt markası buraxılıb

    Özbəkistanda Şuşaya həsr olunmuş “Azərbaycanın qədim Şuşa şəhəri - türk dünyasının mədəniyyət paytaxtı” adlı poçt markası buraxılıb.

    “Poçt markasının buraxılması layihəsi Özbəkistanın müvafiq dövlət qurumları, Özbəkistanın Mərkəzi Poçtu tərəfindən dəstəklənib və markanın ölkədaxili və beynəlxalq dövriyyəyə buraxılması planlaşdırılır”, - mədəniyyət mərkəzi qeyd edir.

    Markada Şuşa qalası, Azərbaycanın bayrağı, Qarabağın təbiəti və Şuşa şəhəri, dağlar, dünya şöhrətli mütəfəkkirlərin, şairlərin, Şuşanın məşhur sakinlərinin, milli musiqi alətlərinin (qaval, tar, kaman) təsvirləri, habelə Qarabağın, Şuşa şəhərinin və İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbənin rəmzi olan Xar-bülbül gülünün təsviri əks edilib.

    Mərkəzdən bildirilib ki, poçt markası Özbəkistan və Azərbaycanın muzeylərinə, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndəriləcək, onun təqdimatı Daşkənd və Bakıda da keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR