Vaşinqton və Tehran arasında əsir mübadiləsi çərçivəsində beş ABŞ vətəndaşı Qətər təyyarəsinə mindirilib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Belə ki, “Saxlanılan şəxslər Qətər milli aviaşirkəti “Qatari Jet”lə göndərilib”, - deyə mənbə bildirib.
Qeyd edək ki, avqustun 10-da ABŞ və İranın əsirlərin mübadiləsi ilə bağlı razılığa gəldiyi bildirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.