AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anım Günü hava necə olacaq? - PROQNOZ

  • + A
  • - A
  • 27-09-2023, 08:06

    Anım Günü hava necə olacaq? - PROQNOZ


    Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti, dağlarda 5-10° isti, gündüz 12-17° isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR