AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

74-cü Beynəlxalq Astronavtika Konqresinin plenar iclasına canlı bağlantı - İlon Mask və IAF prezidenti Kley Mouri arasında

  • + A
  • - A
  • 5-10-2023, 20:43

    74-cü Beynəlxalq Astronavtika Konqresinin plenar iclasına canlı bağlantı -



    “SpeysX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.

    Azadmedia.az xəbər verir ki, "Gələcək üçün əvəzsiz imkanlar" mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Clay Mourinin moderatorluğu ilə baş tutub. Belə ki, canlı bağlantı “SpeysX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən İlon Mask və IAF prezidenti Kley Mouri arasında maraqlı müzakirə formatında keçirilir.
    Həmçinin İlon Mask ona ünvanlanmış “SpeysX”in kosmik fəaliyyəti barədə sualları cavablandırır.

    Qeyd edək ki, İclasda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqress nümayəndələri iştirak edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR