AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan sülh sazişindən danışdı

  • + A
  • - A
  • 26-10-2023, 22:18

    Paşinyan sülh sazişindən danışdı

    Ermənistan və Azərbaycan bir neçə ay ərzində sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalaya bilər. Azadmedia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı deyib.

    “Biz indi Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş layihəsi üzərində işləyirik. Ümid edirəm ki, yaxın aylarda bu proses uğurla başa çatacaq. Biz həmçinin razılığa gəldik ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədləri delimitasiya edəcəklər. Bu prinsiplərə əsaslanaraq, biz yaxın aylarda Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş imzalamağa ümid edirik”, - deyə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

    Bundan əvvəl Ermənistanın baş naziri Azərbaycan prezidenti İlham Əliyevlə Praqa və Brüsseldə əldə olunan razılaşmalar əsasında Bakı ilə sülh sazişlərinin formalaşacağına ümid etdiyini bildirib. Sazişlərdən biri regionda kommunikasiyaların açılmasına, o cümlədən Ermənistan və Azərbaycanda avtomobil və dəmir yollarının açılmasına aiddir.

    Tbilisidə keçirilən forumda Paşinyan Azərbaycanın ərazi bütövlüyünə tam hörmətlə yanaşan regional nəqliyyat dəhlizlərinin xəritəsini təqdim edib və Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanla dəmir yolu və avtomobil yollarının bərpasının mümkünlüyünü qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR