Bu gün Maltada Ukraynaya dair üçüncü sülh sammiti işə başlayıb. Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
Belə ki, Yermak vurğulayıb ki, sammitdə Ukrayna sülh formulunun beş maddəsinin icrası planları təqdim olunacaq və müzakirə ediləcək: nüvə, enerji və ərzaq təhlükəsizliyi, humanitar istiqamət (əsir və deportasiya olunan şəxslərin azad edilməsi), Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası.
Qeyd edək ki, sammitdə dünyanın 65-dən çox ölkəsinin təmsilçisi iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.