AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın tarixi Zəfərinin strateji əhəmiyyəti var - Deputat Nizami Səfərov

  • + A
  • - A
  • 29-10-2023, 21:09

    Azərbaycanın tarixi Zəfərinin   strateji əhəmiyyəti var -


    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü



    Bakı, 29 oktyabr — Azadmedia.az

    Azərbaycanın tarixi Zəfərinin
    strateji əhəmiyyəti var

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etmişdir ki, “separatçıların kitabı birdəfəlik bağlandı. Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı”.
    Azərbaycan 30 ilə yaxın bir müddətdə səbrlə qözləyirdi ki, tarixə qovuşan münaqişə diplomatik yolla danışıqlar masası arxasında həll ediləcək. Bu cür ümidlərin möhkəm hüquqi əsasları birbaşa beynəlxalq hüququn başlıca prinsipləri - ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərindən irəli gəlirdi. Digər tərəfdən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd edilən prinsipləri təsdiq edərək, erməni silahlı birləşmələrinin işğal etdiyi ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Təəssüf ki, universal beynəlxalq təşkilat olan BMT özünün qəbul etdiyi qətnamələrin icrasının təmin edilməsində acizlik göstərdi. Hətta münaqişənin həlli üçün təsis edilən Minsk qrupunun həmsədrləri fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirərək, qarşılıqlı kompromislərin qaçılmaz olduğunu bildirirdilər.
    Beynəlxalq qurumların yarıtmaz səyləri və Ermənistanın törətdiyi təxribatlar fonunda dövlətimiz döyüş meydanında beynəlxalq hüququn icrasını təmin edərək, ərazi bütövlüyümüzü bərpa etdi. Lokal antiterror tədbirlərinin uğurla həyata keçirilməsi suverenliyimizin və Azərbaycanın konstitusiya-hüquq nizamının bütövlükdə ərazimizdə tam bərpa olunmasına gətirib çıxardı.
    Dövlət Başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”. Bu möhtəşəm Zəfər bütün Cənubi Qafqaz regionunun inkişafı üçün böyük imkanlar yaratmışdır və Azərbaycan onların reallaşması istiqamətində ardıcıl fəaliyyətini davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR