Rusiya müdafiə naziri Sergey Şoyqu Çinə işgüzar səfər edib. Azadmedia.az-ın Moskva müxbiri xəbər verir ki, səfər zamanı Şoyqu Syanşan Təhlükəsizlik Forumunda iştirak edib. Belə ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Şoyqu Forumda çıxşı zamanı Ukraynadakı müharibə barədə danışıb. Həmçinin bildirib ki bu yay başlayan əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında mühüm uğurlar əldə etmədən 90 mindən çox hərbçisi ölüb və yaralanıb.
Qeyd edilib ki, Rusiya Ukraynadakı böhranın münaqişədən sonrakı həllini müzakirə etməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.