Kreml hesab edir ki, Mahaçqala aeroportunda baş verən hadisələr xaricdən təsir nəticəsində meydana gəlib.
Azadmedia.az xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Belə ki, onun sözlərinə görə, Mahaçqala aeroportunda iğtişaşlar xaricdən təsir, o cümlədən informasiya təsiri nəticəsində baş verib. “Qəzza bölgəsindəki dəhşətləri - insanların, uşaqların, qocaların, tibb işçilərinin həlak olmasını əks etdirən kadrlar fonunda düşmənlərin vəziyyətdən sui-istifadə etməsi, təxribatlar törətməsi, insanları həyəcanlandırması asanlaşır”, - deyə Dmitri Peskov vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.