AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail rejimi dinc əhaliyə qarşı kütləvi terror təşkil edərək dünyaya əsl simasını göstərdi - Kadırovdan açıqlama

  • + A
  • - A
  • 31-10-2023, 08:33

    İsrail rejimi dinc əhaliyə qarşı kütləvi terror təşkil edərək dünyaya əsl simasını göstərdi -



    Rusiyanın düşmənlərinin izi ilə getmək, vəziyyəti içəridən sarsıtmaq, mitinqlər keçirmək və hava limanlarını dağıtmaq olmaz. Azadmedia.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında Dağıstanda baş verən iğtişaşlarla bağlı yazıb.

    Belə ki, "Fələstin xalqının faciəsi ilə bağlı son hadisələri nəzərə alaraq vurğuladım ki, İsrail rejimi dinc əhaliyə qarşı kütləvi terror təşkil edərək dünyaya əsl simasını göstərdi. Lakin Rusiyanın düşmənlərinin izi ilə gedərək vəziyyəti içəridən sarsıtmaq, mitinqlər keçirmək, aeroportlara hücum çəkərək yəhudiləri axtarıb və zorakılığa çağırış etmək olmaz. Biz bütün bunlardan üstün olmalı, torpağımızda asayişi qorumalıyıq. Bu cür hərəkətlər istənilən halda yolverilməzdir və çox sərt şəkildə qarşısı alınacaq”, – deyə Kadırov yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR