Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda HƏMAS radikal hərəkatının ABŞ-a hücum edə biləcəyi istisna olunmur. Azadmedia.az xəbər verir ki, bunu ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey bildirib.
Belə ki, “HƏMAS və ya başqa bir xarici terror təşkilatının burada, torpaqlarımızda hücumlar həyata keçirmək üçün indiki münaqişədən istifadə edə biləcəyini nəzərə almaya bilmərik və nəzərə alırıq", - deyə o, ABŞ Konqresi Senatındakı dinləmələrdə çıxışında söyləyib.
Belə ki, onun sözlərinə görə, FTB HƏMAS və onunla əlaqəli təşkilatların fəaliyyətini izləyir.
Qeyd edək ki, Kristofer Rey il ərzində ABŞ-da terror təhlükəsi səviyyəsinin artdığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.