AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə Azərbaycanın Zəfər Günü ilə əlaqədar məqalə yayıb - KİV

  • + A
  • - A
  • 2-11-2023, 08:02


    Bu ölkə Azərbaycanın Zəfər Günü ilə əlaqədar məqalə yayıb -


    Rumıniyanın nüfuzlu “Ultima Ora“ internet qəzetində Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Vətən müharibəsində Qələbənin üçüncü ildönümü” sərlövhəli geniş məqaləsi dərc edilib. Belə ki, məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti nəticəsində Qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etməsi və Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdığı geniş təsvir olunub.

    Münaqişənin tarixi aspektlərinə diqqət çəkən diplomat bunun Ermənistanın uzun illər Azərbaycana qarşı hərbi təcavüzü kontekstində nəzərdən keçirdiyini və bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bir milyona yaxın azərbaycanlının etnik təmizləməyə məruz qaldığını, 30 il ərzində işğal etdiyi ərazilərdə xalqımızın mədəni irsinin dağıdılması və talan edilməsi kimi faktları vurğulayıb.

    Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnamənin qəbuluna baxmayaraq, rəsmi İrəvan bu qətnamələri yerinə yetirməkdən boyun qaçırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR