AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzzada ölən jurnalistlərin sayı açıqlandı - Son Dəqiqə

  • + A
  • - A
  • 7-12-2023, 16:09

    Qəzzada ölən jurnalistlərin sayı açıqlandı -


    Mühasirə altındakı Qəzza zolağına iki aydır edilən hücumlarda 75 jurnalist həyatını itirib, 80-ə yaxın jurnalist də yaralanıb.
    Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, Fələstin Jurnalistlər Birliyi İsrailin iki aydır davam edən hücumlarında həyatını itirən, yaralanan və saxlanılan jurnalistlərlə bağlı hesabat yayıb.
    Belə ki, hesabata əsasən, hücumlarda 75 jurnalist həyatını itirib, 80-ə yaxın jurnalist yaralanıb. Hesabatda həmçinin 2 jurnalistin itkin düşdüyü bildirilib.
    Həmçinin İsrailin minlərlə dinc sakinin ölümünə, on minlərlə insanın yaralanmasına səbəb olan hücumlarında yüzlərlə hərbi cinayət və qanun pozuntusu törətdiyi qeyd edilib.
    Hesabatda hücumlarda ailəsini və yaxınlarını itirmiş jurnalistlərin çalışdığı media mərkəzlərinin də dağıdıldığı bildirilib.
    İsrailin hücumlarında 60 jurnalistin ailəsinin evinin bombalandığı, 63 media qurumunun və ofisinin dağıdıldığı vurğulanıb.
    Hücumlar nəticəsində biri işğal altındakı İordan çayının qərb sahilində, 24-ü Qəzza zolağında olmaqla 25 yerli radiostansiyanın fəaliyyətində fasilələr yaranıb.

    Qeyd edək ki, bu müddət ərzində İsrail rəhbərliyi 3 media qurumunu bağladı və 41-i İordan çayının qərb sahilində, 2-si də Qəzzada olmaqla 43 jurnalisti saxlayıb və ya həbs edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR