Azərbaycanda fevralda keçiriləcək prezident seçkiləri üçün işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. Azadmedia.az xəbər verir ki, bunu ölkə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın dünənki iclasında deyib.
Pənahov qeyd edib ki, ölkə üzrə bütün seçki məntəqələrində seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb.
İşğaldan azad edilmiş ərazilərdə 9 seçki dairəsində seçki məntəqələri yaradılıb.
Xatırladaq ki, dekabrın 7-də prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, seçkilər fevralın 7-də keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.