Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasının iştirakçılarının yekun bəyanatı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə İran XİN bəyanat yayıb.
Bildirilib ki, müvəqqəti vəkilə etiraz notası verilib. Belə ki, forumun bəyanatında İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsi predmeti olan Fars körfəzindəki üç adanın mülkiyyətinə toxunulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.