AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə NATO gəmiləri üçün üçüncü logistik məntəqəyə çevrilib - KİV

  • + A
  • - A
  • 29-03-2024, 14:53

    Bu ölkə NATO gəmiləri üçün üçüncü logistik məntəqəyə çevrilib -



    İspaniyanın Menorka adasında yerləşən Maon şəhərindəki hərbi-dəniz bazası Aralıq dənizində fəaliyyət göstərən NATO gəmiləri üçün üçüncü logistik məntəqəyə çevrilib.

    Belə ki, İspaniyanın “El Pais” qəzeti bu barədə hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

    Bildirilib ki, 2023-cü ilin aprelində Madrid “Dəniz gözətçisi” əməliyyatında iştirak edən müttəfiq gəmilərinin lövbər sala bilməsi üçün Maon limanındakı bazanı “daimi diplomatik icazəsi olan liman” kimi NATO-ya təklif edib. Belə ki, həmin baza NATO-nun maddi-texniki dəstək məntəqəsi üçün uyğun xüsusiyyətlərə malikdir.

    Alyansın digər iki hərbi-dəniz bazası isə Əndəlüs və Murcia vilayətlərində yerləşir.

    NATO-nun 2016-cı ildə başlayan ”Dəniz gözətçisi” əməliyyatının əsas məqsədi Aralıq dənizində hərəkət azadlığını təmin etmək və müxtəlif təhlükələrin qarşısını almaqdır.ordu.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR