AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suverenliyinin tam bərpa edilməsi torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyub

  • + A
  • - A
  • 29-03-2024, 19:37

    Suverenliyinin tam bərpa edilməsi torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyub

    Xəbər verdiyimiz kimi martın 29-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
    Milli Məclisin sədri diqqətə çatdırıb ki, iki gündən sonra ölkəmizdə Azərbaycanlıların soyqırımı günü qeyd ediləcək. Xalqımız erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərcə günahsız insanın xatirəsini daim ehtiramla yad edir.
    Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində əldə etdiyi tarixi qələbələr, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyub. Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilib. Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR