AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Media haqqında” Qanuna dəyişiklik edildi

  • + A
  • - A
  • 29-03-2024, 19:50

    “Media haqqında” Qanuna dəyişiklik edildi

    Martın 29-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Azadmedia.az xəbər verir ki, gündəliyin sonuncu məsələsi olan “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edən spiker Sahibə Qafarova bildirib ki, layihə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub. O, məsələyə dair məlumat vermək üçün İnsan hüquqları komitəsinin sədri Zahid Oruca söz verib.
    Komitə sədri diqqətə çatdırıb ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə əsasən çap mediası subyekti ola bilən dövlət orqanlarının (qurumlarının) dairəsi dəqiq müəyyən edilib. Təklif olunan dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun hüquqi əsaslarının qanunvericilikdə təsbit edilməsini nəzərdə tutur.
    Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədlə bağlı təmsil etdiyi komitənin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR