AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə Çin istehsalı olan casus gəmisi alıb - KİV

  • + A
  • - A
  • 29-03-2024, 21:44

    Bu ölkə Çin istehsalı olan casus gəmisi alıb -

    Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) Çin istehsalı olan casus gəmisi alıb.

    Azadmedia.az xəbər verir ki, Pakistanın gəmini ötən il Çindən təmənnasız aldığı və gəminin 2023-cü ilin iyununda İndoneziyanın Cakarta şəhərində dayanarkən görüntüləndiyi bildirilib.

    Belə ki, təxminən 87,2 metr uzunluğunda olan gəminin arxa tərəfində iki böyük radar qübbəsi var ki, bu da digər sensorlarla birlikdə kəşfiyyat məlumatlarının toplanması rolunu göstərir.

    Həmçinin “Defence News”un sualına nə Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ), nə də hərbi tədarükləri həyata keçirən Müdafiə İstehsal Nazirliyi gəminin rolu və imkanları barədə məlumat verməyib.

    Qeyd edək ki, lakin məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən mənbə “Defence News”a gəminin “məlumat toplama gəmisi” olduğunu təsdiqləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR