AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb - Türkiyə DİN

  • + A
  • - A
  • 31-03-2024, 18:20

    İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb -


    Türkiyənin xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfəri saxlayıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

    Belə ki, “21 vilayətdə dörd gün ərzində keçirilən əməliyyatlar çərçivəsində 51 nəfər İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb”, - deyə nazir bildirib.

    Həmçinin onun sözlərinə görə, ən çox saxlanılanlar (10 nəfər) Ankaradadır. Əməliyyatlar zamanı İŞİD-in fəaliyyətinə aid xeyli sayda sənəd ələ keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR