Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir. Bu barədə hökumət başçısı britaniyalı jurnalistlərə müsahibəsində bildirib.
“İndiki vəziyyətdə mən Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, - deyə Ermənistan lideri bildirib.
Eyni zamanda, Paşinyan qeyd edib ki, ölkəsi Qarabağda müharibə aparmaq niyyətində deyil:
“Ermənistanın 29 min 743 kvadrat kilometr əraziyə heç bir iddiası yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.