AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı və İrəvan noyabra qədər sülh müqaviləsinin əsas prinsiplərini razılaşdıra bilərlər

  • + A
  • - A
  • 23-04-2024, 18:25

    Bakı və İrəvan noyabra qədər sülh müqaviləsinin əsas prinsiplərini razılaşdıra bilərlər

    Azərbaycan və Ermənistan arasında sülh sazişi əsas konturlarında bu ilin noyabrına kimi razılaşdırıla bilər. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
    Azərbaycan və Ermənistan noyabrda Bakıda keçiriləcək COP29-a qədər ən azı sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ bilərlər. Bu fikri Azərbaycan prezidenti deyib.

    İlham Əliyev bu ssenarini “olduqca real” adlandırıb.

    Dövlət başçısı aşağıdakı ssenarinin mümkünlüyünü açıqladı: birincisi, Azərbaycan və Ermənistan sənədin əsas prinsiplərini razılaşdırır, bundan sonra ayrı-ayrı məqamları ətraflı şəkildə işləyirlər.

    Bundan əlavə, prezident xatırladıb ki, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşması eyni vaxtda baş verməlidir. O, həm Bakının, həm də Ankaranın bu mövqedən çıxış etdiyini vurğulayıb. Xüsusilə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən səsləndirilib.

    Xatırladaq ki, bu gün Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə start verilib. Koordinatların dəqiqləşdirilməsi zamanı ilk sərhəd dirəyi quraşdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR